2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

8 aprel mitinqini gözdən salanlara Milli Şura sədrindən tutarlı cavab

Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində 8 aprel mitinqinin yekunları və mitinqlə bağlı bəzi ittihamlar barədə yazıb. Yazını təqdim edirik:

Dostlar! Milli Şura aprel ayının 8-də etiraz aksiyası keçirib. 10 minə yaxın insan bu aksiyada iştirak edib, “Talana son”, “Monarxiyaya yox” deyib, siyasi məhbuslara dəstək ifadə edib, heç bir siyasi oriyentasiya fərqlərinə baxmayaraq, onların portretlərini qaldırıb. İndi bəzi “ideoloqlar” Milli Şuranın mitinqini elə bu təşkilatın əvvəlki mitinqləri ilə müqayisə edib, bizə “konseptual” istiqamətlər təklif edirlər. Birisi təhlükəsizlik xidmətinin ətraf binanın damından mitinqə hələ adamlar yeni gəlməyə başlayan vaxt çəkdiyi fotonu yayıb tədbir haqqında mənfi təəssürat yaratmağa çalışır. Axı, mitinq vaxtı bütün ətraf binaların giriş bloklarında ya təhlükəsizlik, ya da polis qüvvələrinin nəzarətçiləri dayanır. Görən hansı “azad” jurnalist öz peşə borcunu yerinə yetirmək üçün bu səddi aşıb həmin fotonu çəkə bilib? Birdə ki, mitinq ilk dəqiqəsindən son dəqiqəsinə qədər azı 4 media qurumu tərəfindən canlı yayılıb və lentə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Axşamdan içki içən bəziləri tədbirimizi islamçı cameyənin cümə xütbəsi ilə səhv salıb, “ehtiram” göstərərək mitinqə gəlməyib. Aksiya vaxtı hakimiyyət televiziyaları təhlükəsizlik xidmətinin müəyyən etdiyi yerdə hazır dayanıb qara İslam bayrağının qaldırılmasın səbirsizliklə gözləyirdilər. Amma cəmisi 3 saniyə çəkiliş apara bildilər. İslama “qayğı” və “ehtiram” müxtəlif tərəflərdən olsa da, amma mahiyyət etibarı ilə eynidir.

8 aprel mitinqi ilə bağa bütün zümrələrdən olan kəmfürsətlərin Əli Kərimliyə qarşı total bir yürüşü başlanıb. Əvvəla, mitinq təşəbbüsü Milli Şuranın sədri kimi məndən gəlib, Milli Şuranın mitinqinin keçirilməsi ideyasının da müəllifi mənəm. Bu istiqamətdə bütün məsuliyyət də Milli Şuranın və onun sədri kimi mənim üzərimdədir. Bu halda bir sıra tənqidçilərin ənənəvi olaraq Əli Kərimlini hədəfə alması köhnə xəstəliyin təzə təzahürünə bənzəyir. Əli bəy mitinqin mütəşəkkil keçməsi üçün əlindən gələn hər şey edib. Biz Milli Şura olaraq mitinq keçirmişik. Ölkədə son hadisələrə öz münasibətimizi bildirməyə çalışmışıq. Daha çox adam gözləyirdik. Gözlədiyimiz qədər gəlməyib. Amma bir etiraz aksiyası keçirmək üçün indiki repressiya şəraitində kifayət qədər çoxlu sayda vətəndaş özündə güc və cəsarət tapıb, meydana gəlib. Biz mitinqi elan etmişik, hər kəsi də mitinqə dəvət etmişik. Heç bir partiya və təşkilatla mitinq danışıqlarımız olmayıb və heç bir qurumla da birgə mitinq keçirmək öhdəliyimiz yoxdur. Təkrar edirəm: bu Milli Şuranın mitinqidir, tədbirin məsuliyyəti də bu qurumun üzərindədir.

Deyirlər ki, bəs biz başqalarından önə keçmək naminə mitinq etmişik. Əvvəla ictimai-siyasi mübarizənin gedişində kim bizdən öndədir ki, kəmfürsətlik edib ondan qabağa keçməyə çalışmışıq? Kim bizdən çox və bizdən daha kütləvi aksiya keçirib ki, biz indi onu qabaqlamağa çalışmışıq. Kim bizdən kəsərli söz deyib, bizdən daha konseptual sənədlər qoyub ortaya ki, indi biz onları önləmək istəyirik? Aksiyaya gəldikdə isə axı, bu birinci dəfə deyil. Ən çətin zamanlarda da Milli Şura siyasi məhbusların müdafiəsi ilə bağlı etiraz aksiyaları keçirib, talana son deyib, monarxiya cəhdlərinə qarşı öz etiraz səsini ucaldıb, sosial tələblərlə çıxış edib.

Deyirlər ki, guya partiyalar və müxtəlif təşkilatlar Mehman Hüseynovun müdafiə komitəsi ilə birlikdə mitinq keçirməyə hazırlaşdığı bir vaxt biz qəflətən mitinq keçirib onların işlərini pozmuşuq. Əvvəla, mart ayının 22-dən biz mitinq müzakirələrinə başlayıb aprelin 8-də aksiyanı keçirmişik. Təqvimdə mitinq keçirmək üçün yalnız bir gün ayrılmayıb ki, biz kimisə qabaqlayıb həmin günü tutaq. Digər bütün günlər mitinq arzusunda olanlar üçün açıqdır. Biz 8 apreldə Mehmana da, digər siyasi məhbuslara da dəstəyimizi ifadə etdik. Üstəlik “Talana son”, “Monarxiyaya yox” da dedik. İndi kimlərsə “Monarxiyaya yox” tələbi ilə aksiya keçirmyəyə özlərini hazır bilmirlərsə, buyurub Mehman bəyin müdafiəsi ilə bağlı kütləvi aksiya keçirsinlər. Bu da faydalı bir işdir, gənc, istedadlı, nahaqdan tutulmuş bir bloqerə gercək bir dəstəkdir. Çünki Mehman hələ həbsdən çıxmayıb, populyarlığı da hazırda ötən dövrdəkindən daha böyükdür. Heç bizi də demokrat hesab etməyin, buyurun mitinqinizi keçirin, kim sizə mane olur?

Çox demirəm, Milli Şuradan kənar hamı birlikdə 8 aprel mitinqinin üçdə biri səviyyəsində aksiya keçirəndən sonra bu düşərgədən kimsə 8 aprel mitinqini fiasko adlandıra bilər. Bunun üçün heç bir mübahisəyə, söz güləşdirməyə ehtiyac yoxdur. Kimsə bizim mitinqimizi bəyənməyib daha böyük aksiya iddiasındadırsa, bunu nəzəri mülahizələrlə deyil, əməli işlə ortaya qoysun. Davamlı olaraq siyasi məhbusları müdafiə etməyin nəyi pisdir ki?

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button