2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Obyekti yandırıb yerində bina tikirlər

Paytaxtın Xətai rayonundakı Məhəmməd Hadi 62 küçəsində yaşayan sakinlərdən biri qrupu ünvanımıza şikayət məktubu göndərib. Şikayətçilər yazır ki, təxminən 5 ay əvvəl binanın qarşısında yerləşən, keçmiş İşıq idarəsinə məxsus olduğu bildirilən kiçik obyektdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası çağırılsa da, onlar obyekt yanıb külə dönəndən sonra ora çatıblar. “Yanğının müəmmalı şəkildə baş verməsi və yanğınsöndürmə briqadasının “gecikməsi” artıq başqa məqsədlərdən xəbər verirdi. Ehtimallarımız özünü doğrultdu. Artıq həmin ərazidə, yaşadığımız 5 mərtəbəli binanın düz qarşısında tikinti başlandı. Əvvəlcə tikintinin iki mərtəbəli çay evi olacağını deyib, camaatı sakitləşdirdilər. İndi isə artıq 4 mərtəbə qalxıb və görünür ki, hələ qalxacaq. Onsuz da yayda havasızlıqdan boğuluruq, indi də evlərin olub-qalan havasını bunlar kəsirlər. Heç düşünən yoxdur ki, arada 40-50 metr məsafə var. O bina ucalanda evlərdən düz bizim evlərin içi görünəcək.”

Məktubda bildirilir ki, bina düz 55 saylı uşaq bağçasının yanında aparılır, səs-küydən qulaq tutulur. “Paytaxtda binaların tam tikinti normalarına uyğun tikilməsinə cavabdeh olan FHN niyə yaşadığımız binanın bu qədər yaxınlığında çoxmərtəbəli binanın tikintisinə icazə verir? Görünür, tikinti sahibi çox böyük adamdır ki, ona FHN-in də gücü çatmır”-deyə sakinlər bildirir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button