2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Merkel kanslerliyə namizəd Armin Laşetlə birlikdə son seçki kampaniyasında iştirak edib

Almaniya kansleri Angela Merkel şənbə günü almanları Almaniyanın gələcəyini formalaşdırması üçün xələfi ola biləcək Armin Laşetə səs verməyə çağırıb. Bu, Merkelin Almaniyada keçiriləcək seçkidən 24 saat öncə Laşetin çətin vəziyyətdə olan kampaniyasına dəstək vermək üçün son cəhdidir.

60 yaşlı Laşet Sosial Demokrat partiyasından rəqibi Olaf Şolzla birlikdə kanslerlik uğrunda yarışır, lakin son rəy sorğuları iki namizəd arasında səs fərqinin cüzi olduğunu göstərir ki, bu səbəbdən də bazar günü keçiriləcək səsvermə son illərin ən gözlənilməz seçkisi olacaq.

Merkel 16 illik hakimiyyətdən sonra seçki kampaniyasında çox aktiv olmamağı planlaşdırırdı. Lakin daha sonra partiyasının çox bəyənilməyən sədri Laşetin seçki kampaniyasına daxil edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Merkel seçki kampaniyasının son həftəsində Lanşeti Baltik sahilindəki seçki dairəsinə aparıb, cümə günü də Münhendə seçki mitinqi keçirib.

Merkel cümə günü Almaniyada əsasən yaşlılardan ibarət elektoratını sabitliyi qorumaq üçün mühafizəkarları hakimiyyətdə saxlamağa çağırıb.

“Almaniyanı sabit saxlamaq üçün Armin Laşet kansler olmalıdır və Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı ən güclü qüvvə olmalıdır,” o deyib.
Səsvermədən bir gün öncə Merkel Laşetin anadan olduğu və yaşadığı, eləcə də elektoratının olduğu Almaniyanın Belçika və Niderlandla sərhədində yerləşən spa şəhəri olan Aaxenə səfər edib.

“Bu seçkidən sizin gələcəyiniz, uşaqlarınızın və valideynləriniz gələcəyi asılıdır,” Merkel seçkidən öncəki ən son mitinqi zamanı söyləyib və mühafizəkar alyansını səfərbər olmağa çağırıb.

O qeyd edib ki, növbəti hökumətin üzləşəcəyi əsas çətinlik iqlimin mühafizəsi olacaq, lakin deyib ki, bu, “təkcə qaydalar və nizamlamalarla” mümkün olmayacaq.

“Bunun üçün yeni texnoloji irəlilərişlər, yeni prosedurlar, tədqiqatçılar və bunun necə baş verəcəyi barədə düşünən və bu prosesdə iştirak edən insanlara ehtiyacımız var,” o deyib.

“Laşet bu çətinliklərin öhdəsindən gəlmək üçün Almaniyanı formalaşdırmaq” məqsədilə insanları bir araya gətirəcək körpü inşa edən bir insandır,” o bildirib.
Cümə günü Almaniyada yüz minlərlə insan küçələrə axışaraq dəyişiklik və iqlimin daha çox qorunmasına çağırış ediblər. Aparıcı fəal isə bazar günü keçiriləcək seçkiləri “əsrin” səsverməsi adlandırıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button