2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bayden “təcrübəli əl”i Azərbaycana səfir göndərir

Riçard Kozlariç: “Şəxsən tanımıram, amma böyük təcrübəsi var”

ABŞ Prezidenti Cozef Bayden mayın 25-də ölkəsinin Azərbaycana növbəti səfir namizədinin adını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Turan” məlumat yayıb.

Bildirilir ki, Cozef Baydenin Azərbaycana təyin etdiyi növbəti səfir yüksəkrütbəli diplomatik xidmətin əməkdaşı Mark U.Libbindir:

“Bəzi müşahidəçilərin fikrincə, bu, Vaşinqtonun daha çox diqqət yetirdiyi ölkədə “təcrübəli əl” in mövcudluğunu təmin edəcək addımdır”.

“Mən şəxsən tanımasam da, onun Bakıda yaxşı xidmət edəcək böyük təcrübəsi var”, – deyə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç “Turan”a deyib.

“Yaxşı ki, o, FSO-nun (Diplomatik xidmət) əməkdaşıdır. Mənim ona yeganə məsləhətim ABŞ-ı Azərbaycanda təmsil etməkdən zövq almaqdır”, – Kozlariç əlavə edib.

M.Libbi diplomatik xidmətdə karyerası ərzində ABŞ-ın Avropa İttifaqı yanındakı Brüssel nümayəndəliyində missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.

Digər xarici ezamiyyətlərə isə Varşava, Nassau, Nikosia və Bağdad şəhərlərinə siyasi məsləhətçi kimi səfərləri daxildir. Daha əvvəl isə M.Libbi Dövlət Departamentinin Katibliyində işləyib və bir müddət sonra direktor kimi geri dönüb.

O, Massaçusets Taftsa Universitetində bakalavr dərəcəsini alıb, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda (“Sciences-Po”) təhsil alıb.

Diplomat polyak və fransız dillərini bilir.

Hazırda ABŞ-ı Azərbaycanda Adam Sterlinq təmsil edir.

O, 2012-ci ildən səfir vəzifəsində çalışır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button