2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nazarbayevin qardaşı oğlunun məhkəməsi başlanıb

Qayrat Satıbaldı martın əvvəllərində Türkiyəyə uçan təyyarəyə minmək istəyərkən həbs olunub

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin qardaşı oğlunun dələduzluq və mənimsəmə ittihamları üzrə məhkəməsi başlanıb.

Astanadakı Baykonur rayon məhkəməsində ilk iclas sentyabrın 19-da olub.

Qayrat Satıbaldı martın əvvəllərində Türkiyəyə uçan təyyarəyə minmək istəyərkən həbs olunub.

O Nazarbayevin barələrində cinayət təhqiqatı açılmış bir neçə yaxın qohumundan biridir.

Qazaxıstanın Antikorrupsiya Agentliyi ötən ay bildirmişdi ki, Satıbaldı və adları çəkilməyən daha dörd nəfər Kazakhtelecom və Nəqliyyat Xidməti Mərkəzi şirkətlərindən naməlum məbləğdə vəsait mənimsəyiblər.

Agentlik habelə bildirmişdi ki, 500 milyon dollar dövlət xəzinəsinə qaytarılıb və Kazakhtelecom şirkətində Satıbaldıya məxsus 29 faizlik səhm payına nəzarət dövlətə keçib.

Kürəkənlər və başqa qohumlar

Satıbaldının keçmiş arvadı Qulmira da mart ayında həbs olunub. O mənimsəmədə və özəl biznesə qanunsuz sahiblənməkdə ittiham olunur.

Yanvarın əvvəllərində ölkəni bürümüş misilsiz etirazlardan sonra Qazaxıstan hökuməti Nazarbayevi, onun ailə üzvlərini, qohum və müttəfiqlərini təqib etməyə başlayıb.

Onlar Nursultan Nazarbayevin hakimiyyəti dövründə yüksək vəzifələrə və sərfəli bizneslərə malik olublar.

Etirazlardan iki gün sonra Nazarbayevin iki kürəkəni böyük neft və qaz şirkətlərindəki vəzifələrindən kənarlaşdırılıblar.

Onun başqa bir kürəkəni – Timur Kulibayev ölkənin əsas biznes lobbi qrupunun rəhbərliyindən istefa verib.

Nazarbayevin qızı Dariqa isə parlamentdəki mandatından məhrum edilib.

24 saat” “
Nazarbayevin qardaşı oğlunun məhkəməsi başlanıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button