ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçıları, bəzilərinin əlavə xəstəlikləri olan və Kovid-19 səbəbiylə ölən orta yaşı 62,5 olan 44 nəfərin yarılma nəticələrini araşdırıb.
2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər hamısı Kovid-19-a qarşı peyvənd olunmamış bu şəxslərin meyitləri üzərində yarılmalar aparılıb.
Meyitlərdən götürülmüş qan nümunələrini araşdıran tədqiqatçılar 38 cəsədin qan plazmasında Kovid-19-a səbəb olan SARS-CoV-2 virusunu aşkar ediblər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, 3 cəsədin qan plazmasında SARS-CoV-2 aşkar edilməyib, qalan 3 cəsədin isə qan plazması yoxdur.
Digər tərəfdən, tədqiqatçılar cəsədlərin müxtəlif hissələrində və ya mayelərində RNT aşkar ediblər.
Araşdırmada cəsədlərdən 11-nin sinir sistemi toxumalarından geniş nümunələr götürülüb.
SARS-CoV-2 RNT bədənlərdən birində hipotalamus və beyincikdə, hər ikisində isə onurğa beyni və bazal qanqliyada aşkar edilib.
Digər tərəfdən, tapılan SARS-CoV-2 RNT-lərinin beyinə verdiyi zərərin “daha az” olduğu qənaətinə gəlindi.
Bu arada araşdırmada Kovid-19-un ilk olaraq tənəffüs yollarını və ağciyər toxumasını zədələdiyi də təsdiqlənib.
Tədqiqatçılar, Kovid-19 simptomlarının ilk iki həftəsində virusun nəfəs alma ilə əlaqəli olmayan bir çox bölgədə çoxaldığını bildirdi.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Tərcümə“24 SAAT”