2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Taksilərdə də gediş haqqı kart sistemi ilə olacaq

“Yaxın gələcəkdə Bakı şəhərində bütün nəqliyyat vasitələrində gediş haqqı vahid kart sistemi ilə ödəniləcək. Artıq bu istiqamətdə mühüm işlər görülür”.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov Admiral.az-a bildirib.

Onun sözlərinə görə, hazırda “BakıKart” aparatları ilə birlikdə şəhərin bir çox dayanacaqlarına MilliÖN aparatları da quraşdırılır. Yəni bu “BakıKart”la MilliÖN-ün inteqrasiyası deməkdir:

Saytların yığılması Saytlarin yigilmasi

“Məqsəd şəhərdə tam vahid ödəmə sisteminə keçəndən sonra əhalinin rahatlığını təmin etməkdir. Artıq bu istiqamətdə işlər gedir. Hazırda paytaxtda 800-dən artıq avtobus dayanacağı var. Onların bəzilərinə MilliÖN, bəzilərinə isə “BakıKart” aparatları quraşdırlıb. Hazırda aparatların quraşdırılması davam edir”.

Onun sözlərinə görə, gələcəkdə bütün sərnişin avtobuslarında gediş haqqı vahid ödəmə sistemi ilə tətbiq ediləcək:

“Bütün avtobuslarda ödəmə sistemləri quraşdırılacaq. Bundan sonra dayanacaqların hamısında aparatlar qoyulacaq”.

Gözlənilir ki, yaxın gəlcəkdə təkcə metro və avtobuslarda deyil, həmçinin taksilərdə də vahid ödəmə sistemi tətbiq edilsin. Bu zaman sərnişinlər taksilərə gedişhaqqını kartla ödəyə biləcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button