Ərdoğan: “Bizə verilən söz bu deyil”
“NATO-da bizimlə müttəfiq olanlar öz əsgərini YPG-nin simvolları ilə Suriyaya göndərməməlidir”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkrdə etdiyi çıxışında deyib.
Suriyanın Rakka şəhərini İŞİD-dən almaq üçün başlayan əməliyyata qatılan Amerikan əsgərlərinin qolundakı YPG (PYD-nin silahlı qanadı) gerbi ilə əlaqədar polemika hələ də davam edir. Prezident Ərdoğan çıxışında ABŞ-ın terror təşkilatı YPG-yə dəstək verməsini pisləyib.
“ABŞ-ın YPG-yə verdiyi dəstəyi qınayıram. Bizə verilən söz bu deyil. Mən siyasətin dürüst aparılacağına inananlardan biriyəm. Buna görə də NATO-da bizimlə müttəfiq olanlar öz əsgərini YPG-nin simvolları ilə Suriyaya göndərməməlidir və göndərə bilməz. Səhv yerdə dayanırsınız. Terror təşkilatı ilə əlaqədar bütün sənədləri veririk. Amma atdıqları addımlar səhvdir”, – Ərdoğan bildirib.