2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Facebook «gizli danışıq» funksiyasını işə salır

Facebook Messenger-in «gizli danışıqlar» funksiyasını istifadəyə verməyi düşünür. İyulun 9-da sosial şəbəkə messencerdə şifrəli danışığı test etməyə başlayıb.

Yeni funksiya yalnız konkret istifadəçiyə imkan yaradır. «Gizli danışıq» funksiyasında mesaj göndərildikdən və oxunduqdan sonra «itir» və bu mesajı çatda bir daha görmək mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni messencerin istifadəçisi özü qərar verir ki, adi söhbət vasitəsilə ünsiyyətə girsin, ya əlavə müdafiə imkanları yaradılan şəraitdə söhbət etsin.

Facebook rəhbərliyi bildirib ki, Messenger-dəki indiki danışıqlar və zənglər də ciddi şəkildə qorunur. Ancaq səhhəti və maliyyə məsələlərini messencerdə müzakirə edən istifadəçilər daha çox məxfilik istəyirlər.

Rusiya prezidenti Vladimir Putin-in bu günlərdə imzaladığı «antiterror paket»də tələb olunur ki, sosial şəbəkələr və internet xidmətləri təhlükəsizlik orqanlarına yazışmaları oxumağa imkan yaratsınlar. Bu tələbi yerinə yetirməyənləri 1 milyon rubla qədər cərimə gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button