Dünya
AB İranın xarici işlər nazirini danışmağa çağıracaq
Avropa Birliyi (AB) İranın xarici işlər nazirini dekabrın 28-dən bəri ölkəni silkələmiş antihökumət etirazlarıyla bağlı danışıqlara dəvət edəcək.
Almaniyanın xarici işlər naziri Sigmar Gabriel yanvarın 7-də Berlində ZDF TV-yə deyib ki, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ilə birlikdə İranın xarici işlər nazirini, mümkünsə gələn həftə danışıqlara dəvət etməyə razılaşıblar.
“Nümayiş azadlığını dəstəklədiyimizi və dövlətin də bunu dəstəkləməli olduğunu çox sürətlə təsdiqlədik”, – Gabriel deyib.
Ancaq onu da əlavə edib ki, ölkəsi ABŞ prezidenti Donald Trump-ın yoluyla getməyəcək. Trump hökuməti “geri almaqda” iranlı etirazçılara kömək vəd edib.