2023-02-28 08:00:51
Aylarla davam edən danışıqlardan sonra Böyük Britaniyanın baş naziri Rişi Sunak və AB Komissiyasının sədri Ursula fon der Leyen Şimali İrlandiya Protokoluna bəzi düzəlişləri özündə əks etdirən Windsor Çərçivə Sənədini imzaladılar. Von der Leyenlə birgə mətbuat konfransında həlledici bir irəliləyiş əldə etdiklərini qeyd edən Sunak, “Bu, əlaqələrimizdə yeni bir dövrün başlanğıcıdır” dedi.
Şimali İrlandiya Protokolu, Aİ-nin vahid mal bazarının bir hissəsi olan Böyük Britaniyadan bölgəyə mallar üçün yaratdığı ticarət maneələri səbəbindən daxili siyasi problemlərə səbəb olurdu. Sunak hesab edir ki, yeni razılaşma bürokratiya və nəzarəti azaldacaq və Şimali İrlandiya parlamentinə daha çox söz verəcək. Yeni sazişin ümumi Böyük Britaniya-Aİ münasibətlərinə müsbət təkan verəcəyi gözlənilir. Elmlə əlaqəli Horizon proqramında yenidən əməkdaşlıq və müdafiə və təhlükəsizlik sahələrində yaxınlaşma atılacaq ilk addımlar olaraq görülür.
Tərcümə“24 SAAT”