2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Aİ-nin Ukraynaya 50 mlrd. avro ayırmasını alqışlayır

Cümə axşamı Birləşmiş Ştatlar Aİ liderlərinin Ukraynaya Rusiya təcavüzündən müdafiə üçün 54 milyard dollar ölçüsündə yardım ayırmaq haqqında sazişini alqışlayıb, bu barədə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

“ABŞ Konqresinin də milli təhlükəsizlik maraqlarımızın müdafiəsi, Ukraynanın özünü müdafiə etməsinə kömək üçün mümkün qədər tez tədbir görməsi vacibdir”, deyə Miller brifinqdə Turan-ın ABŞ Konqresi tərəfindən bənzər yardımın ayrılması perspektivi haqqında sualına cavabda bildirib. 

“Aİ-nin bugünki qərarı sadəcə olaraq onu göstərir ki, Ukraynanı təkcə ABŞ dəstəkləmir; bu, Avropa və onun ətrafında müttəfiqlər və tərəfdaşların geniş koalisiyasıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ artıq yardım qismində 75 milyard dollar ayırıb. Avropa ölkələri birlikdə 110 milyard dollara yaxın vəsait ayırıb. Odur ki, bu, əsasən kollektiv səydir, bu da Avropanın milli təhlükəsizlik maraqlarına uyğundur. ABŞ Administrasiyası Konqresi fəallaşmağa və Ukraynaya yardım ayrılması haqqında əlavə sorğunu təsdiq etməlidir”, deyə Miller bildirib.

Brüsselin qərarından sonra prezident Cozef Bayden Ukraynaya davamlı dəstəyinə görə Avropa İttifaqına təşəkkür edib, deyə Ağ Ev bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button