2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

ABŞ bank faizini qaldırdı, dollar da qalxır

İki gün davam edən iclasın sonunda, dekabrın 14-də Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi son on ildə ikinci dəfə bank faizlərini qaldırıb.

Bu iqtisadiyyatın və əmək bazarında vəzyyətin yaxşılaşdığına dəlalət edən hadisədir.

ABŞ mətbuatı yazır ki, Federal Ehtiyatların Açıq Bazar Komitəsi minimum faizi 25 xal qaldıraraq 0, 50 faizlə 0, 75 faiz arasına çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Federal Ehtiyatlar 2017-ci il üçün də daha üç faiz qalxımı proqnozlaşdırıb.

Bu xəbərin yayılması ilə birjalarda səhm qiymətləri düşüb. Dow0.2% və S&P 500 indeksi 0.3%azalıb. Qızılın qiymətində 0, 3 faiz artım qeydə alınıb.

İnvestorlar faiz artımını bir il idi ki, gözləyirdilər və bu 2016-cü il üçün sonuncu artım olacaq. Bundan əvvəl minimum faiz 2015-ci ilin dekabrında qaldırılmışdı.

Ekspertlər bildirirlər ki, Federal Ehtiyatların faiz artımı qərarını bir sıra müsbət iqtisadi göstəricilər şərtləndirib.

İşsizlik böhrandan əvvəlki səviyyəyə – 4, 6 faizə enib.

Yalnız inflyasiyanın qalxması davam edir və bu prosesin Donald Trump-ın prezidentliyi dövründə davam edəcəyi gözlənilir.

Buna baxmayaraq, Mərkəzi Bankın bir müddət “gözləmə mövqeyi” tutacağı ehtimal edilir. Yalnız bu müddətdən sonra bank faizləri tədricən qalxmağa başlayacaq.

Federal Ehtiyatların qərarı dolların başqa valyutalara nisbətdə sıçrayışlı artımına səbəb olub.

Avro dollara nisbətdə $1.0622-dan $1.0543-ə düşüb. Britaniya funtu və Yaponiya yeni də dollara nisbətdə bir qədər ucuzlaşıb.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button