2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ bildirir ki, İordaniyada amerikalıların öldürülməsinə baxmayaraq, İranla müharibəyə "can atmır"

Bazar ertəsi ABŞ İordaniyada İranpərəst yaraqlılar tərəfindən törədilmiş pilotsuz təyyarələrin hücumundan sonra öz qoşunlarını qorumaq üçün “bütün lazımi tədbirləri” görəcəyini vəd edib, Turan-ın Vaşinqton müxbiri bildirib. 

Bazar ertəsi prezident Co Bayden Ağ Evdə öz komandası ilə görüşdə növbəti addımları müzakirə edib.

Ağ Ev və Pentaqon bəyan ediblər ki, onlar İranla müharibəyə “can atmırlar” və Tehran da müharibə istəmir. Çox güman ki, Vaşinqtonun istənilən cavabı vahid kütləvi güc nümayişi olmayacaq, rəsmi şəxslər jurnalistlərə bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Stoltenberq ilə birgə mətbuat konfransında xəbərdarlıq edib ki, ABŞ-ın reaksiyası çoxsəviyyəli, mərhələli və davamlı ola bilər.

“Biz istənilən təcavüzə qətiyyətlə reaksiya verəcəyik və bizim qoşunlara hücum edən adamları məsuliyyətə cəlb edəcəyik. Biz bunu özümüzün seçəcəyimiz vaxtda və yerdə edəcəyik”, –  o deyib.

“İran regionda sabitliyi pozmağa davam edir, Qırmızı dənizdə bizim gəmilərə hücum edən terrorçularu dəstəkləyir”, -Stoltenberq deyib. “Tehranın davranışı bizə qaydasız dünyanın necə göründüyünü xatırladır – gözlənilməz və təhlükəli, təhlükəsizliyimizin daha qiymətli olduğu bir dünya”, – o  deyib.

Oktyabrın 7-dən ABŞ qoşunları İraq, Suriya və İordaniyada 160 dəfədən çox hücuma məruz qalıb, hərbi gəmilər isə Qırmızı dənizdə hücuma məruz qalıblar.

Lakin şənbə günü İordaniyada amerikalı hərbçilərə hücumdan sonra birbaşa İrana zərbə endirməklə bağlı Baydenə təzyiq artır. O, daha geniş müharibəyə sövq etməmək üçün bu addımı atmaq istəməyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button