Bizim tərcümə

ABŞ, Böyük Britaniya və Avstraliyanın nüvə sualtı qayıq layihəsinə Çinin reaksiyası

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-14 17:34:01

class=”medianet-inline-adv”>

ABŞ, Böyük Britaniya və Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlardan ibarət donanma yaratmaq qərarı Çinin reaksiyası ilə qarşılanıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında deyib: “Bu, yalnız silahlanma yarışını sürətləndirəcək, beynəlxalq silahların yayılmaması sistemini sarsıdacaq və regional sülh və sabitliyə zərər verəcək tipik Soyuq Müharibə zehniyyətidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Üç ölkənin öz geosiyasi maraqları üçün beynəlxalq ictimaiyyətin narahatlığını görməməzlikdən gəldiyini ifadə edən Vanq, “Onlar yanlış və təhlükəli yolda irəliləməyə davam edirlər” dedi.

ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Avstraliyanın baş naziri Entoni Albanese dünən Kaliforniya ştatının San Dieqo şəhərində görüşüblər. Görüşdən sonra verilən açıqlamada, Çinin Hind-Sakit Okeandakı gücünü məhdudlaşdırmaq üçün Avstraliyanın nüvə sualtı qayığına sahib olması və bu sahədə texnologiya paylaşması ilə bağlı razılaşma əldə edildiyi bildirilib. Razılaşma çərçivəsində üç ölkənin yeni nəsil sualtı qayıq SSN-AUKUS-u birgə istehsal edəcəyi, Avstraliya və İngiltərənin isə bu sualtı qayıqlardan istifadə edəcəyi bildirilib.

ABŞ prezidenti Bayden, Çinin nüvə silahı ittihamları ilə bağlı verdiyi açıqlamada sualtı qayıqların nüvə silahı ilə təchiz edilməyəcəyini, nüvə enerjisi ilə işləyəcəyini bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button