Loading...
Loading...
ÖLKƏSiyasət

ABŞ Çinə Ukrayna ilə bağlı xəbərdarlıq edib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, 7 saatlıq “gərgin” görüş zamanı bütün məsələlər detallı şəkildə müzakirə olunub
Birləşmiş Ştatlar martın 14-də Çinlə “gərgin” danışıqlar əsnasında Pekinə Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvaya kömək etməməsi barədə xəbərdarlıq edib.
Moskva fevralın 24-dən “xüsusi əməliyyat” adı ilə başladığı müharibədə Ukraynanın 10 böyük şəhərindən heç birini ələ keçirə bilməyib.
Reuters yazır ki, bu əsnada Moskvanın Çindən hərbi dəstək istədiyinə dair xəbərlər yayılıb.
Moskva və Pekin bu xəbəri “dezinformasiya” adlandırıblar, Kreml isə bəyan edib ki, o “xüsusi əməliyyatı” kənar dəstək olmadan belə başa çatdırmaq iqtidarındadır.
Buna baxmayaraq ABŞ rəsmiləri iddia edirlər ki, Pekin Moskvaya dəstək üçün hazır olduğunu bildirib.
Martın 14-də bu xəbərlərlə bağlı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Romada Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, diplomart Yan Dzeçi ilə görüşüb.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, 7 saatlıq “gərgin” görüş zamanı bütün məsələlər detallı şəkildə müzakirə olunub.
“Çin sanksiyalarla üzləşmək niyyətində deyil”
Çinin xarici işlər naziri Vanq Yi martın 14-də deyib ki, onun ölkəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin “iştirakçısı” deyil:
“Bəzi qüvvələr Ukrayna məsələsində Çinə qara yaxmaqla məşğuldurlar və müxtəlif dezinformasiyalar qurarşdırırlar…Çin hər hansı sanksiyalarla üzləşmək niyyətində deyil”.
Politico portalının yazdığına görə Yan isə Sallivanla görüşündən sonra deyib ki, “Ukraynada bugün baş verənlər Çinin görmək istədiyi vəziyyət deyil”.
Politico yazır ki, Çin indiyədək Ukraynada yaşanan humanitar böhranla bağlı narahatlıq ifadə etsə də, Moskvanın Kiyevə qarşı müharibəsini pisləməyib və Rusiya ilə ticarəti adi qaydasında davam etdirəcəyini bildirib.
Sinxua agentliyinin bu barədə xəbərində deyilir ki, Çin Xarici İşlər Nazirliyi RusiyaUkrayna arasında atəşkəsə nail olunmasına səy göstərir.
Politico yazır ki, Rusiyanın Çindən dəstək istəməsinə dair xəbərlər Avropa İttifaqı rəsmilərini də ciddi narahat edib.

24 saat” “
ABŞ Çinə Ukrayna ilə bağlı xəbərdarlıq edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Danışıqlar gözlənilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button