ABŞ-ın Texas ştatında ağılları uçuran hücum olub. Hyustondan təxminən 136 kilometr şimalda yerləşən Klivlend şəhərində baş verən hadisədə təsadüfi bir evə girən spirtli təcavüzkar ətrafdakı insanlara atəş açıb. Xəbər üzərinə hadisə yerinə gələn polis evdə 5 nəfərin cansız cəsədini aşkar edib.
Polis həyatını itirənlərin 8-40 yaş arasında olduğunu bildirib. Hücum zamanı evdə ən az 10 nəfərin olduğunu bildirən polis, təcavüzkarı tutmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. (İHA)
Tərcümə“24 SAAT”