ABŞ prezidenti Co Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümünə günlər qalmış paytaxt Kiyevə gözlənilməz səfər edib. Baydenin Polşaya getmək marşrutunda paylaşılan Kiyevə planlaşdırılmamış səfəri diqqət çəkdi.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında Baydenlə fotosunu paylaşaraq, “Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün son dərəcə əhəmiyyətli dəstəyin əlamətidir” deyib.
Digər tərəfdən Baydenin Ukraynaya səfəri ilə bağlı Ağ Evdən verilən yazılı açıqlamada bu ifadələrə yer verilib:
“Dünya Rusiyanın Ukraynaya qəddarcasına təcavüzünün birinci ildönümünə hazırlaşarkən, mən bu gün Kiyevdəyəm ki, prezident Zelenski ilə görüşəcəm və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi bir daha təsdiqlədim. Putin təxminən bir il əvvəl işğala başlayanda Ukraynanın zəif olduğunu və Qərbin parçalandığını düşünürdü. O, bizdən üstün ola biləcəyini düşünürdü. Amma o, çox yanıldı. Mən bu gün Kiyevdə prezident Zelenski və onun komandası ilə Ukraynaya dəstəyimizi daha geniş şəkildə müzakirə etmək üçün görüşürəm. Mən Ukrayna xalqını bombardmanlardan qorumaq üçün kritik avadanlıqların, o cümlədən artilleriya sursatlarının, hava müşahidə radarlarının əlavə çatdırılmasını elan edəcəyəm. Mən bunu bu həftənin sonunda paylaşacağam, çünki elitalara və Rusiyanın döyüş maşınına dəstək verməyə çalışan korporasiyalara qarşı əlavə sanksiyalar elan edəcəyik. Keçən il Birləşmiş Ştatlar Ukraynanın müdafiəsinə kömək etmək üçün Atlantik okeanından Sakit okeana qədər dövlətlərdən ibarət koalisiya yaratdı və görünməmiş hərbi, iqtisadi və humanitar dəstək göstərdi və bu dəstək davam edəcək”.
Bayden həmçinin Polşa prezidenti Andjey Duda və ABŞ-ın Şərq bölgəsindəki digər müttəfiqlərinin liderləri ilə görüşmək üçün Polşaya gedəcəyini açıqlayıb.
İHA-DHA
Tərcümə“24 SAAT”