2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“ABŞ-Ermənistan hərbi əməkdaşlığı bizim üçün təhlükəli deyil, lakin…”

Arzu Nağıyev: “Bu, Amerikanın ikili standartlı siyasətindən xəbər verir”

Düşmən ölkənin müdafiə naziri ABŞ-ın Ermənistanda müasir hərbi təlim mərkəzi inşa edəcəyini bildirib.

Maraqlıdır, ABŞ-Ermənistan hərbi əməkdaşlığının genişlənməsi Azərbaycan üçün hansısa təhlükə doğururmu?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a açıqlama verən politoloq Arzu Nağıyev bunun ölkəmiz üçün ciddi təhlükə vəd etmədiyini bildirdi:

“Öncə onu qeyd edim ki, NATO-nun bütün Cənubi Qafqaz ölkələri ilə belə münasibəti mövcuddur. NATO-nun tərkibində Ermənistanın da, Azərbaycanın da müəyyən kontingenti var. Bunların hamısı NATO-nun ümumi proqramına uyğun şəkildə həyata keçirilir. ABŞ öz maraqları çərçivəsində də müəyyən addımlar atır. Rusiyanın xaricdəki əsas bazalarından biri məhz Ermənistan ərazisində yerləşir. Başqa sözlə desək, ABŞ daha çox öz məqsəd və mənafeyi üçün müəyyən gedişlər edir. Onu da xatırladım ki, Ermənistanda öncədən belə bir tədris mərkəzi olub. Burada söhbət həmin tədris bazasının yenidən qurulmasından gedir.

Bir sözlə, bu, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməyən bir məsələdir. Sadəcə, görünən odur ki, ABŞ yenə də ikili standartdan çıxış edir. Bildiyiniz kimi, ABŞ-la Azərbaycan arasında böyük bir hərbi müqavilə yoxdur. Bizim NATO-çərçivəsində, ABŞ-ın Əfqanıstandakı kontingenti ilə bağlı müəyyən münasibətimiz var. Lakin bununla yanaş düşünmürəm ki, ABŞ-Ermənistan hərbi əlaqələri Azərbacan üçün təhlükəli nəticələrə səbəb olsun”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button