2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ husiləri terrorçular hesab edir və İranı onların qabağını almağa çağırır

Çərşənbə günü Bayden administrasiyası Husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumu fonunda onları “xüsusi qlobal terror qrupu” elan edib.

Dövlət Departamentinin mətbuat katibi Metyü Miller Turan-ın suallarını cavablandırarkən bildirib ki, ABŞ kommersiya gəmilərinə hücumlara son qoyulması üçün husiləri razı salmağa davam edəcək və əgər onlar bunu başa düşməsələr, ABŞ əlavə tədbirlər görməyə hazırdır.

Qırmızı dənizdə Husi hücumlarının Qəzza zolağındakı müharibə ilə əlaqəli olduğunu bildirən İranın xarici işlər nazirinin son bəyanatlarından danışan Miller deyib ki, bu iddialar “absurddur”, çünki  husilərin hücum etdikləri ticarət gəmiləri İsrail və ya Amerika gəmiləri deyil.

Saytların yığılması Saytlarin yigilmasi

“Odur ki, İrana da mesaj beynəlxalq sularda silahsız mülki gəmilərə hücum edən husilərə mesayla eynidir ki, bunun Qəzza münaqişəsilə heç bir əlaqəsi yoxdur və biz bu hücumları dayandırmaq üçün lazım olan hər şeyi edəcəyik.

Eskalasiya İranın maraqlarına uyğun deyil və o, öz tərəfdarlarına çox aydın bir siqnal göndərməlidir ki, onlar bütün bölgədəki qeyri-sabitliyi qızışdırmağa son qoysunlar”, – Miller hədələyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button