2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın 2025-ci il üçün dövlət büdcəsi Cənubi Qafqaz və Şərqi Avropada demokratiyaya dəstəyi nəzərdə tutur

Bazar ertəsi Bayden administrasiyası elan edib ki, ABŞ-ın 2025-ci il üçün dövlət büdcəsi Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada demokratiya və sülhün dəstəklənməsini, Rusiya və Çinin Avrasiya regionunda zərərli təsirlərinə qarşı mübarizəni nəzərdə tutur, Turan-ın Vaşinqton müxbiri bildirib.

Ağ Ev ABŞ hökumətinin gələn il üçün nəzərdə tutulan 7,3 trilyon dollarlıq büdcəni açıqlayıb.  Bu, Dövlət Departamenti və USAID üçün 700 milyon dollar artımə əhatə edir: ümumilikdə 58,8 milyard dollar.

“Biz öz müstəqilliyini Rusiyanın təcavüzündən qoruması üçün Ukraynaya 482 milyon dollar dəstək tələb edirik. Vəsait Ukraynanın iqtisadi inkişafın və ölkə vətəndaşlarına humanitar yardımın təmin edilməsinə yönəldiləcək”, – dövlət katibinin müavini Riç Verma deyib.

Saytların yığılması Saytlarin yigilmasi

999 milyon dollar isə Çin və Rusiyanın Avropa, Avrasiya və Mərkəzi Asiyada təsirinin qarşısının alınmasına  sərf ediləcək.

Əsasən, Moldova və Gürcüstan kimi “qeyri-sabit” mühitə malik ölkələrin dəstəklənməsi və Belarusda demokratik gələcəyin təmin edilməsi, Ermənistanın iqtisadi və demokratik dayanıqlığının artırılması nəzərdə tutulur.

Baltikyanı ölkələrə (Estoniya, Latviya və Litva) və Gürcüstana hərbi dəstək üçün 204,2 milyon dollar nəzərdə tutulub.

Cənubi Qafqaza gəlincə, Baydenin büdcə təklifi Ermənistan üçün 52 milyon dolları nəzərdə tutur, Dövlət Departamentində Turan-ın müxbirinə bildiriblər.

Demokratik islahatlar, qanunun aliliyi, dezinformasiya və korrupsiyaya qarşı mübarizənin  dəstəklənməsinə 45 milyon dollar ayrılacaq. Fondlar həmçinin yerli səviyyədə idarəetmə islahatlarını və iqtisadi inkişafı dəstəkləyəcək, benefisiarlar Qarabağdan köçkünlər olacaq.

“Maliyyələşdirmə həmçinin Azərbaycanla sülh prosesinin təşviqi səylərinə və Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş proqramlara kömək edəcək.

Gürcüstan 80 milyon dollar, Azərbaycan 9 milyon dollar alacaq.

Ötən ildən fərqli olaraq, bu dəfə Azərbaycanın büdcə sorğusuna terrorizmlə mübarizə və minalardan təmizləmə proqramlarının maliyyələşdirilməsi daxil deyil.

Azərbaycan beynəlxalq hərbi təhsil və təlim proqramı çərçivəsində 700 000 dollar alacaq ki, bu da ötən ildə olduğundan 100 000 dollar çoxdur.

Bundan əlavə, USAID qlobal səhiyyə proqramı çərçivəsində Azərbaycan üçün 2,5 milyon dollar nəzərdə tutulub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button