2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-ın gizli Kipr planı: Türkiyə təcrid edilir…

Məxfiliyi ləğv edilmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədlərində Vaşinqtonun rəsmi Ankaranı 1974-cü ildən əvvəl Kipr münaqişənin həllindən uzaq saxlamağa çalışdığı bildirilib.

Sənədlərdə adanın Yunanıstana birləşdirilməsi üçün EOKA (Kiprlilərin Milli Müqavimət Hərəkatı) təşkilatının lideri Nikos Sampson tərəfindən Kiprin keçmiş lideri Makariosa qarşı çevriliş planının hazırlandığı bəlli olub.

Məlumata görə, çevriliş planı ilə bağlı ABŞ Dövlət katibi Henri Kissincerin başçılığı ilə “Vaşinqton Xüsusi Əməliyyat Qrupu” adlı toplantı baş tutur. Həmin toplantıda Kissincer iştirakçıların fikirlərini öyrənir və Kipr siyasətini müəyyənləşdirməyə çalışır:

Saytların yığılması Saytlarin yigilmasi

“Kissincer TBMM-də (Türkiyə Böyük Millət Məclisi) 18 iyul toplantısının nə anlama gəldiyini soruşanda MKİ direktoru Villiyam Kolbi Türkiyənin Kiprə ordu qüvvələri yeritmək niyyətində olduğunu bildirir. Dövlət katibi isə “Buna inanmıram. Makariosu yenidən iqtidarda görmək istəmələrinə inanmıram” deyir. Daha sonra çıxış edən Dövlət katibinin müavini Cozef Sisko Ankaranın Kiprə müdaxiləsinin iki məqsəd daşıyacağını bildirir: Adadakı türk əhalini qorumaq və oranın Yunanıstanın “enosiz” siyasətinin qarşını almaq”.

Bunları dinləyən Kisincer isə sözünə belə davam edir:

“Məqsədlərimizdən biri bu məsələnin beynəlxalq ajiotaja çevrilməsinin qarşısını almaq və əgər daxili müharibə başlayarsa, kommunistlərin bundan istifadə etməsinə qarşı özümüzü hazırlamaqdır. Edəcəyimiz ilk şey Yunanıstanı təhlil etmək və türkləri bu məsələdən kənarda tutmaqdır”.

Qeyd edək ki, sənəddə Kiprdə həyata keçirilən 15 iyul qiyamından sonra ABŞ hökumətinin adaya ordu göndərməklə bağlı planlarının olduğu da bildirilib.

 

Axar.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button