Bizim tərcümə

ABŞ-ın Luisvil şəhərində bank işçisi dörd həmkarını öldürüb.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-11 11:02:56

class=”medianet-inline-adv”>

Polis hücumun İnstaqramda da canlı yayımlandığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Həyatını itirənlər 40-64 yaş arasındadır.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Bildirilib ki, xəsarət alanlar arasında olan bir polis əməkdaşı cəmi iki həftə əvvəl işə başlayıb.

Hadisə zamanı polis əməkdaşı başından güllə yarası alıb. Vəziyyəti ağır olan polisin beyin əməliyyatı aparılıb.

Təhlükəsizlik qüvvələri 3 dəqiqə ərzində hadisə yerinə gələrkən, qarşıdurmada təcavüzkar da öldürülüb.

Hücum yerli vaxtla saat 08:30 radələrində şəhərin mərkəzindəki Köhnə Milli Bankda baş verib.

Hadisənin şahidi Caleb Goodlett yerli mediaya bildirib ki, bankda işləyən həyat yoldaşı hücum başlayanda özünü seyfə bağlayıb.

Kentukki ştatının qubernatoru Endi Beşir, hücumda ölən bankın baş vitse-prezidenti Tommy Elliotun yaxın dostu olduğunu söylədi:

class=”medianet-inline-adv”>

“Elliot mənə hüquqi karyeramı davam etdirməkdə və qubernator olmaqda çox kömək etdi. O, mənə yaxşı ata olmaq üçün məsləhətlər verdi”.

Old National Bank-ın baş direktoru Jim Ryan işçilərin və müştərilərin təhlükəsizliyinin “ən vacib” olduğunu söylədi.

Instagram sahibi Meta “bu səhər baş verən faciəvi hadisənin canlı yayımını tez bir zamanda sildiyini” söylədi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button