2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın Putinin Türkiyəyə planlaşdırılan səfəri haqqında şərhi

Bazar ertəsi ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin gələn həftə Türkiyəyə səfər edəcəyi haqqında xəbərə münasibət bildirib. Bu, 2022-ci ilin fevralında Ukraynaya hücumun başlamasından sonra onun NATO ölkəsinə ilk səfəri olacaq.

“Hər hansı ölkə Rusiyanın zərərli hərəkətlərinin dayandırılmasında əhəmiyyətli rol oynaya bilsə, bunu alqışlayarıq”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçirilən brifinqdə bildirib.

Öz növbəsində, Türkiyənin XİN başçısı Hakan Fidan bildirib ki, prezident Recep Tayyip Erdoğan Putinlə Ukrayna taxılının qara dəniz vasitəsilə ixracına imkan verən “yeni mexanizmi” müzakirə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Patel həmçinin deyib ki, Türkiyə Qara Dəniz taxıl təşəbbüsünün həyata keçirilməsində mühüm rol oynayıb, “buna görə biz əvvəlki kimi hesab edirik ki, Ukrayna taxılının çatdırılacağı yerə çatması həddindən artıq vacibdir”, deyə o, əlavə edib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button