2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın Ukrayna vətəndaşlarına humanitar yardımı təhlükə altındadır

Vaşinqton/ 08.01.24/Turan: Bazar günü ABŞ bildirib ki,  Konqres prezident Baydenin təklifini təsdiq etməsə, Ukraynanın mülki əhalisinə əlavə humanitar yardım göstərmək mümkün olmayacaq.

ABŞ Ukrayna daxilində və Ukrayna vətəndaşlarının sığınacaq tapdığı ölkələrdə qida, mənzil təmiri üçün materiallar, tibbi ləvazimatlar, əsas tibbi xidmətlər, həmçinin içməli su kimi mühüm humanitar məhsul və xidmətlərin alınmasını maliyyələşdirir.

“Əgər Konqres prezidentin əlavə sorğusunu təqdir etməsə, USAID milyonlarla ukraynalının gələcək ehtiyaclarını maliyyələşdirə bilməyəcək”,- USAID nümayəndəsi Turan-ın  müxbirinə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

BMT-nin məlumatına görə, 2023-cü ildə Ukraynada 10,1 milyona yaxın adam humanitar yardım alıb. ABŞ-ın humanitar yardımı “Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəni davam etdirmək üçün ən vacib bazadır”,- USAID nümayəndəsi deyib.

Ötən ilin sonunda Senatdakı respublikaçılar prezident Baydenin Ukrayna üçün 61 milyard dolar həcmində  yardım tələbini əngəlləyiblər.

İndiyədək ABŞ Konqresi Ukraynaya 113 milyard dollar həcmində yardımı təsdiqləyib, bunun bir hissəsi Amerika hərbi texnikasının alınmasına sərf edilib.

Nümayəndələr Palatası və Senat üzvlərinin əksəriyyəti  Ukraynanın müdafiəsini nəzərə alaraq yardımı dəstəkləyirlər. Lakin respublikaçılar şərt qoyublar ki, əgər Bayden ABŞ-ın immiqrasiya siyasətini sərtləşdirərsə, Ukraynaya yardım ayrılmasını təsdiqləyərlər.

Öz növbəsində, prezident Bayden xəbərdarlıq edib ki, Ukraynanın məğlubiyyəti “NATO-ya, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir edəcək”.

“Biz öz müttəfiqlərimizi və tərəfdaşlarımızı pis vəziyyətdə qoya bilmərik. Biz Ukraynanı pis vəziyyətdə qoya bilmərik. Tarix azadlıq çağırışına cavab verməyənləri sərt şəkildə qınayacaq”, – Bayden deyib. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button