2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın yeni məruzəsi Rusiyanın Ukraynanın energetika infrastrukturunun məhv edilməsinə yönəlmiş proqramına həsr olunub

Rusiya işğalçıları ilk qışda energetika sistemini “dondurmaq və ölkəni onlara tabe olmağa məcbur etmək üçün” müntəzəm olaraq Ukraynanın energetika sisteminə hücum edirdilər, bu barədə ABŞ-ın Dövlət Departamenti tərəfindən dəstəklənən Conflict Observatory layihəsi tərəfindən hazırlanmış yeni məruzəsində deyilir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Yelsk Universitetinin tədqiqatçıları 1 oktyabr 2022-ci il – 30 aprel 2023-cü il tarixləri arasında Ukraynanın 17 bölgəsində energetika infrastrukturunda zədələnmə hadisəsi qeydə alıblar, zərərlər 8 milyard dollardan çox qiymətləndirilir.

Bu hadisələrin əksəriyyətində zədələnmiş infrastruktur cəbhə xəttindən uzaqda olub, bu da zərbələrin hərbi hədəflərə yönəldildiyi haqqında iddiaları təkzib edir, deyə bazar ertəsi Dövlət Departamenti bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Yelsk Humanitar Araşdırmalar Laboratoriyasından Nataniel Reymondun sözlərinə görə, Ukrayna üçün qışda elektrik enerjisi həyatda qalmaq üçün böyük əhəmiyyət kəsb edir.

“Biz hələ də qış mövsümünün ortasındayıq, bombardman və energetika infrastrukturuna hücumlar davam edir. Bu, mülki əhaliyə təsiri ilə əlaqədar ciddi narahatlıq doğurur”, deyə Dövlət Departamentinin Vaşinqton mətbuat mərkəzi tərəfindən təşkil edilmiş virtual brifinq zamanı Münaqişələr Observatoriyasının əməliyyatlar üzrə direktoru Keytlin Hovart bildirib.

Tədqiqatçılar həmçinin mülki infrastrukturlara mülki əhalinin təhlükəsizliyinə və rifahına təsir edə biləcək hücum planlarından açıq şəkildə danışan Rusiya rəsmilərinin bəyanatlarını sənədləşdiriblər.

“Biz Rusiya hökumətinin zərbələrə bəraət qazandırmaq üçün iki kateqoriyada bəyanatlarını eşidirik. Bir tərəfdən onlar qanuni hərbi səbəb olduğunu, digər tərəfdən isə bunun Kerçenski körpüsünə hücuma görə cavab olduğunu deyirlər”, deyə Reymond bildirib.

“Bu müharibəyə Vladimir Putin başlayıb və Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaqla onu dayandıra bilər. O vaxta qədər Birləşmiş Ştatlar Ukraynanın Rusiya hücumundan müdafiəsini və Rusiya qoşunlarının Ukrayna xalqına qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyətə cəlb edilməsinə yönəlmiş səylərini dəstəkləməyə davam edəcək”, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button