2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın yeni səfiri etimadnaməsini İlham Əliyevə təqdim etməyi həvəslə gözləyir

[

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi yanvarın 4-də ABŞ Dövlət katibinin köməkçisi Culyetta Noyes, habelə həyat yoldaşı Danuşia və oğlu Endryunun iştirak etdiyi mərasimdə and içib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Səfir Mark Libbi Bakıya qayıtmaq və ABŞ-ın Azərbaycandakı 11-ci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi həvəslə gözləyir” deyə  məlumatda qeyd edilir.

Qeyd edək ki, səfir Libbi dekabrın 2-də Bakıya gəlib.

Dekabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfir Mark Libbini qəbul edib. Görüş zamanı səfir Libbi etimadnaməsinin surətini nazir Bayramova təqdim edib.

Son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaşanıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin sualının cavabında bildirib ki, ABŞ ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub.

Qeyd edək ki, iki gün əvvəl Prezident İlham Əliyev bir qrup səfirin etimadnaməsini qəbul edərkən, ABŞ səfiri orada olmayıb.

Pərviz Həşimli

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button