2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ İranda etirazçıların cəzalandırılmasını pisləyir

Vaşinqton İran rejiminin “sadəcə öz hüquqlarını həyata keçirən insanların cəzalandırılması” üçün edam cəzası tətbiq etməsini pisləyir.

“ABŞ müttəfiqləri və regiondakı tərəfdaşları ilə birlikdə həm görünən, həm də görünməyən təcrübi üsullarla İran xalqının dəstəklənməsinə yönəlmiş addımlar atmaqda davam edəcək”, bu barədə çərşənbə günü mətbuat katibinin müavini Vedant Patel Turan-ın İranda xalq etirazlarının iştirakçısı Məhəmməd Qubadlının edam edilməsi haqqında sualına cavabda bildirib.

23 yaşlı bu gənc 2022-ci ilin sentyabrında Tehranda qadınların azadlığına dəstək aksiyası zamanı saxlanılıb. Ona qarşı “korrupsiya” ittihamı irəli sürülüb və o, çərşənbə axşamı qapalı məhkəmə prosesindən sonra edam olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Etirazların iştirakçılarına işgəncə verilməsi, məcburi ifadələr alınması və onların vəkillərinin olmaması haqqında çox sayda məlumat daxil olur. Bütün bunlar İran məhkəmələrinin çıxardığı qərarlara cüzi etimadı da sarsıdır”, deyə Patel bildirib.

İş İran rejiminin öz xalqına qarşı repressiyalar da daxil olmaqla, bədxah fəaliyyətinə görə məsuliyyətə cəlb olunmasına gəldikdə “biz tərəddüdsüz tədbir görəcəyik”, deyə o əlavə edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button