2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ İranı terrorçuluğun ən böyük ixracçısı olmağa son qoymağa çağırıb

Bazar ertəsi Birləşmiş Ştatlar İranı, Tehranda rejim həqiqətən sülh və sabitlikdə maraqlıdırsa, “dünyada terrorçuluğun ən böyük ixracçısı olmağa son qoymağa” çağırıb.  

Ötən həftə sonu Suriyada və İraqda İranyönlü qüvvələrə raket zərbələri endirildikdən sonra Bayden administrasiyası açıq şəkildə İranla müharibə istəmədiyini bildirib. Lakin bu, ABŞ-ın müəyyən bir məqamda İran ərazisinə də hücum edə biləcəyi haqqında şaiyələrə səbəb olmuşdu. Belə ki, ABŞ Konqresində respublikaçılar bildiriblər ki, Tehrana zərbə endirməyin vaxtı çatıb.

Turan-ın administrasiyanın strategiyası, habelə ötən həftəki zərbələrin nəticələri haqqında sualına cavabda Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel bildirib ki, Vaşinqtonun məqsədi İranla bağlı proksi qrupları məsuliyyətə cəlb etməkdir. 

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ İraq və Suriyada 85 obyektə zərbə endirib. Bu obyektlərdən İslam İnqilabı Keşikçiləri Korpusu və onunla bağlı döyüşçülər ABŞ qüvvələrinə hücum etmək üçün istifadə edib”, deyə o qeyd edib.

“Bu yerlər diqqətlə seçilib və bu obyektlərdən İordaniyada amerikalılara hücumda iştirak edən qrupların istifadə etdiyinin danılmaz dəlilləri var”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button