2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Konqresindən “internet gizlilik qaydaları” qərarı

ABŞ Nümayəndələr Məclisi əvvəlki prezident Barak Obama dövrünün son günlərində Federal Əlaqə Komissiyası (FCC) tərəfindən təsdiqlənən “internetdə şəxsi məlumat təhlükəsizliyinin qorunması ilə əlaqədar qaydaları” ləğv edən qanun layihəsini qəbul edib.

Nümayəndələr Məclisində 205 “rədd” səsinə qarşı 215 “bəli” səsi ilə qəbul edilən qanun internetdə şəxsi məlumatların təhlükəsizliyinə dair istifadəçilərin lehinə tənzimləmələri əhatə edirdi. Qanuna görə istifadəçilərdən icazəsiz məlumat toplanmasına və satılmasına əhəmiyyətli dərəcədə qadağa qoyulurdu.

Saytların yığılması Saytlarin yigilmasi

Obama dövrünün son günlərində FCC tərəfindən qəbul edilən, ancaq hələ tətbiq olunmağa başlamayan qaydalar, qanun layihəsi ABŞ prezidenti Donald Trampın imzalaması və  qanuniləşdirilməsi halında tamamilə ortadan qalxacaq.

Senatda da keçən həftə qəbul edilən qanun layihəsinin qısa zamanda Trampın masasında olması gözlənilir. Ağ Ev də qanun layihəsini Trampın imzalayacağını açıqladı.

Qanun layihəsinə dəstək verən respublikaçılar FCC-nin imzaladığı qaydaların AT & T və Verizon kimi genişzolaqlı internet təminatçılarını hədəf alıb məhdudlaşdırdığını, ancaq Facebook və Google kimi şirkətlərə toxunmadığını bildirir. Hansı ki, bu iki şirkət hal-hazırda milyonlarla internet istifadəçisinin şəxsi məlumatlarını toplayır.

Digər tərəfdən, yeni qanun layihəsinin səhv bir addım olduğunu deyən demokratlar və bəzi respublikaçılar Facebook və Google kimi şirkətlərin tətbiqlərində şəxsi məlumatların toplanmasının minimum edilə bildiyini, ancaq genişzolaqlı internet provayderi dəyişdirmənin daha çətin bir şey olduğunu ifadə edir.

Amerikan ictimaiyyətdə “İnternetdə fərdi məlumat təhlükəsizliyi təhlükədə mi?” sualının  verilməsinə səbəb olan yeni qanun layihəsinin imzalanması ilə müzakirənin daha da alovlanacağı və hətta respublikaçıların geri addım atmaq məcburiyyətində qala biləcəyi ifadə edilir.

Amerikan mediasında isə bu qərardan ən çox məmnun olan AT &T və Verizon kimi böyük firmaların Tramp rəhbərliyi ilə olan yaxınlığını sorğulayan xəbərlər diqqəti çəkir. İnternetdə fərdi məlumatların təhlükəsizliyi əlaqədar yeni tənzimləmənin nə zaman və nə şəkildə ediləcəyi hələ bilinmir.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button