Gündəm
ABŞ-la Səudiyyə arasında tarixi silah müqaviləsi inzalandı
Səudiyyə 109 milyardlıq silah alacaq
Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ prezidenti Donald Tramp Ər-Riyada 109,7 mlrd. dollarlıq silah verilməsinə dair razılaşma imzalayıb. Bunu Ağ Evin mətbuat xidmərinin rəhbəri Şon Spayser bəyan edib. Onun sözlərinə görə, sənəd ABŞ-ın tarixində imzalanan ən böyük silah razılaşmalarındandı. Spayser əlavə edib ki, bu, Amerika şirkətləri və yeni işyerləri qazanacaq amerikalılar üçün yaxşı xəbərdir.
Reuters-in məlumatına görə, İrana qarşı müqaviməti gücləndirməyə hesablanan razılaşma qarşıdakı 10 ilərzində 350 mlrd. dollara qədər genişlənə bilər.
Fizzə
24saat.org
Mənbə – azadliq.info