2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ nümayəndəsi: “İlqar Məmmədov məsələsi bizim üçün vacibdir”

“İlqar Məmmədov məsələsi bizim üçün vacibdir və bu məsələ prezidentlə görüşdə qaldırıldı”, ABŞ numayəndəsi xanım Bridget Brink jurnalistlərə açıqlamasında deyib.

Müzakirələrin detallarını açıqlaya bilməyəcəyini deyən xanım Brink, Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədov haqqında verdiyi qərarların da onlar üçün vacib olduğunu vurğulayıb.

ABŞ Dövlət Katibinin müşavirinin müavini “müstəqil, sabit və stabil inkişaf edən Azərbaycana gəlməsindən məmnunluq duyduğunu” qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

O səfəri çərçivəsində dövlət rəsmiləri ilə yanaşı müxalif siyasətçilər və müxtəlif vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdüyünü deyir.

“Demokratiyanın fundamental dəyərləri olan media və söz azadlığı və sərbəst toplaşma əsas azadlıqlardır. Bunların mövcudluğu istənilən demokratiya üçün vacibdir və bu cür azadlıqların inkişafı istənilən cəmiyyətin inkişafına dəstəkdir”, deyə xanım Brink Azərbaycan hökümətinin milli demokratiyaya aid atdığı addımları müsbət dəyərləndirdiyini bildirib.

O çıxışında Dağlıq Qarabağ məsələsinə toxunaraq qeyd edib ki, keçirdiyi görüşlərdə ABŞ-ın bu münaqişənin hərbi həllinin istisnalığına bağlılığını nümayiş etdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button