Bizim tərcümə

ABŞ ordusu İdlibdə İŞİD liderini məhv edib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-05 08:00:51

class=”medianet-inline-adv”>

Bəyanatda, “Əl Cəburinin ölümü İŞİD-in hücumlar planlaşdırma qabiliyyətinə müvəqqəti əngəl törədəcək” deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

İHA FƏALİYYƏTİ İLƏ

CENTCOM əməliyyatın yeri ilə bağlı məlumat verməsə də, İngiltərənin BBC telekanalı Suriyanın mülki müdafiə təşkilatı Ağ Dəbilqəlilərin Twitter-dəki açıqlamasına diqqət çəkib. Ağ Dəbilqəlilər naməlum pilotsuz təyyarənin İdlib vilayətinin Killi rayonunun çölünə raket atdığını açıqlayıb. Hədəf edilən şəxsə ilk cavab verən Ağ Dəbilqəli qrupların yaralını Türkiyə sərhədinin o biri tərəfindəki Bab əl-Hava xəstəxanasına apardığı, lakin bu şəxsin burada həyatını itirdiyi bildirilib. Müxalifətdəki “Enab Baladi” təşkilatı da həmin şəxsin 10 gün əvvəl əraziyə gəldiyini və Cəhənnəm atəşi raketi ilə hədəf alınarkən mobil telefonu ilə danışdığını bildirib.

class=”medianet-inline-adv”>

ABŞ TƏYYƏRƏLƏRİ SURİYADAN GÖNDÜRÜB

ABŞ-ın Aralıq dənizindəki “USS George WH Bush” təyyarədaşıyan gəmisi İranın dəstəklədiyi qüvvələrin Suriyada Amerika əsgərlərinin yerləşdiyi bazalara hücumundan sonra ehtiyat tədbiri olaraq Suriya sahillərinə yaxın bölgəyə yerləşdirilib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında deyib: “Biz İran İnqilab Keşikçiləri ilə əlaqəli qrupların Suriyada yerləşən qüvvələrimizə hücumlarını artırdığını gördük və ehtiyat tədbiri olaraq təyyarədaşıyan gəmini daha yaxın yerə çəkdik”. Altı aylıq mandatı bitən gəminin Aralıq dənizində nə qədər qalacağı sualına Sinq cavab verməyib. Bu qərar ötən həftə Suriyanın Həsəkə və Deyr əz-Zor şəhərlərində ABŞ bazalarına edilən hücumlardan sonra verilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button