2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Putinin nüvə müharibəsi riski ilə bağlı dediklərini “məsuliyyətsizlik” adlandırıb

“Nüvə silahına malik dövlətin rəhbərinin belə danışması yolverilməzdir”

ABŞ Dövlət Departamenti Rusiya Prezidenti Vladimir Putinin mümkün nüvə müharibəsi riski barədə dediklərini tənqid edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller “Turan”a deyib ki, Putinin fikirləri məsuliyyətsiz ritorikadır.

Saytların yığılması Saytlarin yigilmasi

“Vladimir Putinin məsuliyyətsiz ritorikasına ilk dəfə şahid olmuruq. Nüvə silahına malik dövlətin rəhbərinin belə danışması yolverilməzdir”, – deyə ABŞ rəsmisi bildirib.

Fevralın 29-da Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə ənənəvi illik müraciətində qeyd edib ki, strateji nüvə silahları zəmanətli istifadəyə tam hazır vəziyyətdədir.

“2018-ci ildə səsləndirdiyim müraciət zamanı bəhs etdiyim silahlanma sahəsində planlaşdırdıqlarımızın hamısı yerinə yetirilib və ya bir hissəsi tamamlanmaq üzrədir”, – Rusiya lideri belə deyib.

Putin xalqa illik müraciətində Qərbə və NATO-ya açıq xəbərdarlıq edib.

O deyib ki, Ukraynaya Rusiyanın hücumundan müdafiə üçün qoşun göndərəcək istənilən ölkə “faciəvi nəticələr”lə qarşılaşacaq.

“Qərbin düşündüyü hər şey nüvə silahından istifadə ilə real münaqişə və sivilizasiyanın məhv edilməsi təhlükəsi yaradır”, – deyə Putin bildirib.

Putinin fikirlərini şərh edən Miller isə deyib ki, ABŞ nüvə silahının tətbiqinin nəticələri mövzusunda Rusiya ilə birbaşa əlaqə saxlayıb:

“Biz Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşmasının heç bir əlamətini görmürük və biz bunu diqqətlə izləməyə davam edəcəyik”.

Bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron demişdi ki, konsensusun olmamasına baxmayaraq, Qərb qüvvələrinin ukraynalıların tərəfində döyüşməyə göndərilməsi istisna olunmur.

Onun sözlərinə görə, məqsəd Rusiyanın Ukraynada qələbəsini önləməkdir.

Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünü şərh edən Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd etmişdi ki, bu, ölkənin təhlükəsizliyini təmin etmək üçün konkret addımdır.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans qoşunlarının Ukraynaya göndərilməsi planlarını rədd etmişdi.

O demişdi ki, təşkilat Ukraynaya görünməmiş dəstək verir, lakin qoşun yeritmək planı yoxdur.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button