2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Putinin “Vaşinqtonun planı” barədə dediklərini rədd edib

Yayımlandı: 29 Oktyabr 2022 15:11

“…Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun”

ABŞ Dövlət Departamenti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar “Vaşinqton planı”nın olması açıqlamasını rədd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə oktyabrın 28-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays “Turan”ın müxbirinin sualını cavablandırarkən deyib.

“Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək, dezinformasiya davam edir”, – deyə Ned Prays söyləyib.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” klubunun konfransında demişdi ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib:

““Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

Ned Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır:

“Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.

Ned Prays. Foto: Amerikanın səsi

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan böyük tərəfdaş yoxdur:

“1991-ci ildə Ermənistan və Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa ediblər. Bu, onların hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.

“Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq. ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə – “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir”, – Prays belə deyib.

31 dekabrda Soçi görüşünə gəlincə, Prays bildirib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər:

“Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button