2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunu “alqışlayır”

Vaşinqton/15.12.23/Turan: ABŞ Türkiyənin Ermənistanla Azərbaycan arasında münaqişənin həllində iştirakını “alqışlayır”, – cümə axşamı Dövlət Departamenti Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya səfərinin yekunları ilə bağlı bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

«Biz  xarici işlər naziri Fidanın söylədiklərilə razıyıq ki, sülh mümkündür və biz buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyəcəyik”, – brifinq zamanı rəsmi nümayəndə Metyü Miller deyib.

Millerin şərhləri Vaşinqton və Ankara arasındakı son danışıqlar fonunda səslənib. Onun sözlərinə görə, Qarabağ mövzusu dövlət katibi Blinken və nazir Fidan arasında “bütün danışıqlarda” qaldırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Miller İsveçin NATO-ya daxil olmasına dair müraciətilə bağlı Blinken və Fidanın müzakirələrindən də danışıb, bunun mümkün qədər tez təqdir edilməli olduğunu bildirib. “Bunun vaxtı çoxdan çatıb. İsveç NATO-da öz yerini tutmağa hazırdır və biz Türkiyə hökumətilə danışıqlar aparmağa davam edəcəyik ki, onları bu qəbulu tezliklə təqdir etməyə sövq edək”.

Cümə axşamı Ağ Ev bəyan edib ki,  dünən prezident Co Bayden prezident Rəcəb Tayyib Ərdoğanla danışıb.

“Onlar NATO Alyansının möhkəmləndirilməsinin vacibliyini, o cümlədən tezliklə İsveçin müttəfiq kimi qəbul edilməsinin, Türkiyənin NATO ilə operativ uyğunluğunun artırılmasının vacibliyini müzakirə ediblər”, – Ağ Evin məlumatında deyilir.

Bayden həmçinin Yunanıstan və Türkiyə arasındakı münasibətlərdə son konstruktiv addımları dəstəklədiyini bildirib. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button