2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Rusiya ilə danışıqlar aparması üçün Ukraynaya təzyiq göstərdiyi barədə məlumatları təkzib edib

Vaşinqton/28.11.23/Turan: ABŞ Ukraynanı Rusiya ilə danışıqlara məcbur etmək məqsədilə “Amerika-Almaniya sövdələşməsi” haqqında məlumatları təkzib edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz hər zaman demişik ki, bu məsələni Ukrayna həll etməlidir. Biz Ukraynasız heç nəyi həll etmirik”, deyə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Almaniyanın Bild nəşrinin Vaşinqton və Berlinin Kiyevi Moskva ilə danışıqlara məcbur etməyə çalışdıqları haqqında məlumatını şərh edərkən bildirib.

“Məncə reallıq ondadır ki, Rusiyanın məzmunlu, dinc danışıqlar aparmağa hazır olmasının heç bir əlaməti yoxdur. Bizə elə gəlir ki, prezident Putin bu müharibəni dayandırmaq haqqında danışmazdan əvvəl ən az bir il gözləmək istəyir. Bu, dialoq deyil, kapitulyasiya haqqında monoloq olardı”, deyə O’Brayen bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Şərhlər dövlət katibi Entoni Blinkenin NATO-Ukrayna Şurasının xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gəldiyi bir vaxtda səslənib.

“NATO-Ukrayna Şurası müttəfiqlər və Ukrayna arasında məsləhətləşmələr üçün forumdur. Bu görüş Kiyevə siyasi dəstəyi göstərir”, deyə O’Brayen Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.

“Bunun NATO-Ukrayna Şurasının Ukraynanın danışıqlar masası arxasında tamhüquqlu iştirakçı kimi oturacağı ilk iclası olmasından çox şadıq”, deyə O’Brayen əlavə edib. 0

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button