2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ rusiyalı hərbçilərin Ukraynadakı cinayətlərinin araşdırılması ilə bağlı Beynəlxalq Məhkəmənin qərarını dəstəkləyir

ABŞ hərbi cinayətlərə görə rusiyalı iki yüksək rütbəli zabitin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin istintaqını dəstəkləyir, bu barədə  Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın müxbirinə bildirib.

“Biz Beynəlxalq Cinayət Məhkəməsinin ehtimal edilən hərbi və insanlığa qarşı cinayətlərə görə Sergey Kobılaş və Viktor Sokolovun  həbsinə order verməsi barədə xəbəri gördük”, – Miller deyib.

General Kobılaş Rusiyanın uzun mənzilli aviasiya komandiri, admiral Sokolov isə Rusiya Qara Dəniz Donanmasının komandiridir.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin bəyanatında deyilir ki, şahidləri qorumaq və gələcək istintaqı təmin etmək üçün bu orderlər barədə tam məlumat açıqlanmayacaq.

Beynəlxalq Cinayət Məhkəməsi Haaqada yerləşir və soyqırım, təcavüzkar müharibələr, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə baxmaq səlahiyyətinə malik yeganə daimi beynəlxalq məhkəmədir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button