2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Rusiyanın atəşkəs çağırışına inanmır

Yayımlandı: 6 Yanvar 2023 12:11

Ned Prays deyib ki, Rusiya yeni öldürücü hücuma hazırlaşır

ABŞ Rusiya Prezidenti Vladimir Putinin atəşkəs çağırışını “arsız hiylə” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 6-da Dövlət Departamentinin mətbuat katibi Ned Prays “Turan”ın müxbirinin sualını cavablandırarkən belə deyib.

Ned Prays Putinin atəşkəs çağırışını qəbuledilməz sayıb.

“Kreml daha şiddətli və ölümcül yeni hücum üçün belə bir təkliflə çıxış edib”, – deyə o bildirib.

Prays deyib ki, Vaşinqton Putinin səmimiliyinə çox az inanır: “Kreml onlara inanmaq üçün heç bir əsas verməyib”.

Ned Prays. Foto: Amerikanın səsi

“Turan” yazıb ki, Ned Prays ABŞ və Almaniyanın Ukraynaya əlavə döyüş texnikası göndərmək barədə razılıq əldə etməsindən sonra açıqlama yayıb:

“Bu qərar Kiyevin Rusiya ilə mübarizə üçün Qərbdən daha güclü tankları əldə edəcəyi mənasına gələ bilər. Belə ki, Vaşinqton “Bradley” zirehli maşını göndərəcək, Almaniya isə Ukraynaya “Marder” piyada döyüş maşını göndərmək niyyətindədir. ABŞ-nın Ukrayna üçün təxminən 2,8 milyard dollar dəyərində yeni hərbi yardım paketinə 50-yə yaxın Bradley avtomobili daxil olacaq. Paketin bu gün təqdim ediləcəyi gözlənilir”.

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.

Ukrayna isə təklifi rədd edib və Kremlin atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button