2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Rusiyanın Ukraynada 'insanlığa qarşı cinayətlər' törətdiyi qənaətinə gəlib

ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib ki, ölkəsi Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsində “insanlığa qarşı cinayətlər” törətdiyi qənaətinə gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Harrisə görə, Rusiya hərbi qüvvələri Ukraynada mülki əhaliyə qarşı “geniş və sistemli” hücumlar həyata keçirib.

O, ABŞ-ın sübutları araşdırdıqdan sonra bu nəticəyə gəldiyini bildirib.

“ABŞ rəsmi olaraq Rusiyanın bəşəriyyətə qarşı cinayət törətdiyini müəyyən edib” deyən Harris, Rusiyanın törətdiklərinin ortaq dəyərlərə və ümumi insanlığa hücum olduğunu əlavə edib.

Harris Ukraynada Rusiya hərbi qüvvələri tərəfindən törədilən zorakılıqlara işgəncə və zorlama, o cümlədən Mariupol doğum evinin bombalanması kimi halları misal çəkib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button