2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

ABŞ Senatı Monteneqronun NATO-ya daxil olmasını dəstəkləyib

Fotonun müəllifi
Getty Images

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ senatı NATO-nun genişləndirilməsi barədə müqaviləni və Monteneqronun alyansa daxil olmasını təsdiqləyib. “Associated press” agentliyinin məlumatına görə, Monteneqronun əlehinə 98 senat, əleyhinə isə 2 nəfər səs verib.

Kentucky ştatından olan senator Rand Paul qərarın əleyhinə səs verərək Rusiya ilə münasibətlərin gərginləşəcəyindən və hətta müharibənin başlanacağından çəkindiyini söyləyib.

Rusiyanın keçmiş müttəfiqi – Monteneqro hazırda Rusiyanın və Qərb ölkələrinin Balkanlarda qarşıdurma mərkəzinə çevrilib, “Associated press” belə yazır.

ABŞ-ın dövlət katibi Rex Tillerson senatorları Monteneqronun NATO-ya daxil olmasını tez təsdiqləməyə səsləyib. Mayın sonunda Brüsseldə NATO-nun üzvü olan ölkələrin sammiti keçiriləcək.

Monteneqronun NATO-ya daxil olmasını ABŞ prezidenti Donald Trump da dəstəkləyib.

İndi isə Trump bu qərarı rəsmən təsdiq etməlidir. NATO-ya daxil olan 25 ölkə artıq Çernoqoriyanın alyansın sıralarına daxil olması qərarını təsdiqləyib. Rusiya isə NATO-nun genişləndirilməsinin əleyhinədir.

Monteneqro NATO-ya üzv olan 29-cu ölkə olacaq. Bu ölkənin NATO-ya daxil olması istiqamətindıə danışıqlar 2015-ci ildən başlanıb.

620 min əhalisi olan Monteneqro 2006-cı ildə referendum yolu ilə Serbiyadan ayrılıb.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button