2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

ABŞ-ın Demokratlar və Respublikaçılar Partiyalarından olan bir sıra senatorlar Birləşmiş Ştatların seçki sisteminə müdaxilə və Suriya və Ukraynada münaqişələrlə əlaqədar 2017-ci ilin yanvar ayından Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklərinə söz veriblər.

Bu barədə “The Hill” xəbər yayıb.

“İcra hakimiyyəti tədbirlər görüb, amma hökumətin qanunverici qanadının da estafeti qəbul edib irəli addımlaması vacibdir. Qanunvericilik sanksiyaları icra hakimiyyətinin sanksiyalarını tamamlaya və gücləndirə bilər”, – deyə Beynəlxalq Əlaqələr Komitəsinin demokrat üzvü Ben Kardin bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Respublikaçı senator Con Makkeyn və onun partiya tərəfdaşı, Nümayəndələr Palatasının sədri Pol Rayan prezident Barak Obamanın sanksiyalarını gecikmiş hesab etdiklərini vurğulayıblar. C.Makkeyn bu addımların çoxdan vaxtının çatdığını və gələn il daha sərt məhdudiyyətlərin olacağını elan edib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar haqqında sərəncam imzalayıb.

(report)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button