Bizim tərcümə

ABŞ Suriyadakı İran silahlı qüvvələrinin obyektlərinə aviazərbələr endirib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-24 14:05:26

class=”medianet-inline-adv”>

Pentaqonun verdiyi açıqlamada, dünən yerli vaxtla saat 13.30 radələrində Suriyanın şimal-şərqində Haseke yaxınlığında DEAŞ əleyhinə koalisiyaya aid bir texniki xidmət obyektinin intiharçı pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğu açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hücumda 1 ABŞ müqaviləli əməkdaşının öldüyü, 5 ABŞ əsgərinin və 1 müqaviləlinin yaralandığı bildirilib. Qeyd edilib ki, yaralanan əsgərlərdən 2-nə hadisə yerində tibbi yardım göstərilib, onlardan 3-ü və müqaviləli heyət İraqdakı koalisiya qüvvələrinin tibb müəssisəsinə aparılıb. Kəşfiyyatın sözügedən pilotsuz uçan aparatın İrana aid olduğunu qiymətləndirdiyi barədə məlumat paylaşılıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İrana məxsus pilotsuz uçan aparatla hücuma cavab olaraq İran İnqilab Keşikçiləri Ordusuna bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirildiyini açıqlayıb.

class=”medianet-inline-adv”>

“Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə bu gecə Suriyanın şərqində İran İnqilab Keşikçiləri Ordusunun qruplaşmalarının istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək səlahiyyəti verdim”, – Ostin bildirib. “Hava zərbələri bugünkü hücuma, eləcə də İnqilab Keşikçiləri Qvardiyasına bağlı qrupların Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlarına cavab olaraq həyata keçirilib”.

ABŞ-ın hücumunun amerikalı personalı qorumaq üçün edildiyini vurğulayan Ostin ölkəsinin eskalasiya riskini azaltmaq və itkiləri minimuma endirmək üçün mütənasib addımlar atdığını bildirib. “Prezident Baydenin açıqladığı kimi, biz xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik və seçdiyimiz zaman və harada həmişə cavab verəcəyik” dedi Ostin.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button