Bizim tərcüməDünya

ABŞ tarixində bir ilk! Həmin şəhərdə gündə 5 dəfə azan oxunacaq.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

ABŞ-ın Minnesota ştatının Minneapolis Şəhər Şurası ölkə tarixində ilk dəfə böyük bir şəhərdə gündə 5 dəfə azan oxunmasına yekdilliklə qərar verib.

Parlament Ramazan ayında keçirilən səsvermə ilə şəhərin səs-küy tənzimləməsindəki, xüsusilə səhər və gecə azanının açıq şəkildə səslənməsinə mane olan müvafiq məhdudlaşdırıcı maddələri dəyişdirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Səsverməni izləyən şəhərin Nur məscidinin imamı Mohammed Dukulfy deyib: “Minneapolis indi bütün dinlər üçün bir şəhərə çevrilib”. ifadəsini işlətdi.

Minnesota Amerika-İslam Münasibətləri Şurasının (CAIR) prezidenti Jaylani Hüseyn deyib ki, 5 vaxt namaz vaxtının “din azadlığı üzərində qurulmuş bir xalqın dünyaya verdiyi vədi yerinə yetirdiyini” göstərdi.

Keçən il bələdiyyə məclisi açıq şəkildə azan oxunmasına icazə vermişdi, lakin səs-küy tənzimləməsindəki məhdudiyyətlərə görə səhər və axşam namazları istisna edildi.

Təxminən yarım milyon əhalisi olan Minneapolis şəhər şurasının 13 üzvündən üçü müsəlmandır. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button