2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Ukraynaya bu ilin sonuncu yardım paketini göndərəcək

Vaşinqton/20.12.23/Turan: Bayden Administrasiyası çərşənbə axşamı Ukraynanı “tamamilə” dəstəklədiyini təkrar edib, lakin Konqresin mövqeyi ilə əlaqədar bu ay Kiyevə hazırkı hərbi yardım bir paketlə məhdudlaşacaq. 

Bir neçə həftədir senatorlar Ukraynaya 50 mlrd. dollarlıq yeni hərbi yardım ayrılmasını nəzərdə tutan sövdələşmə bağlamaq üçün əllərindən gələni edirlər, lakin respublikaçıların mövqeyi ilə əlaqədar bu sövdələşmə baş tutmayıb. Çərşənbə axşamı Konqres tətilə çıxıb.

Çərşənbə axşamı Dövlət Departamentində keçirilən brifinqdə Turan-ın müxbiri mətbuat katibi Metyu Millerdən prezident Zelenskinin ABŞ-ın Ukraynanı məyus etməyəcəyinə və onu dəstəkləyəcəyinə “əmin” olduğu haqqında fikrini şərh etməyi xahiş edib.

Saytların yığılması Saytlarin yigilmasi

“İcra hakimiyyəti adından danışsam, biz Ukraynanı tamamilə dəstəkləyirik… Buna görə düşünürəm ki, bu məsələ ABŞ Konqresinin məsələsidir”, deyə Miller bildirib.

Razılıq əldə etməyin mümkün olmaması Ukraynanın ağır mübarizəsinə zəmanət verir. “Konqres Ukraynanı dəstəkləmək niyyətində olub-olmadığına qərar verməli və Rusiyanın hücunu dəf etmək üçün lazım olan maliyyə vəsaitini təqdim etməli olacaq”, deyə Miller bildirib.

“Konqres bu qanun layihəsini qəbul etməsə, bizim istifadə edə biləcəyimiz sehirli maliyyə mənbəyi yoxdur”, deyə o qeyd edib. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button