2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Ukraynaya daha 2 milyard dollarlıq hərbi yardım elan edib

Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan indiyədək ABŞ Kiyevə ümumilikdə 32 milyard dollarlıq təhlükəsizlik yardımı göstərib

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ prezidenti Co Baydenin administrasiyası fevralın 24-də Ukraynaya 2 milyard dollarlıq daha bir hərbi yardım paketini elan edib.

Yeni paketə HIMARS zenit-raket sistemləri üçün sursat və dronlar daxildir.

Bu da qeyd olunur ki, sursat və avadanlıq ABŞ sənayesi tərəfindən istehsal olunacaq və Kiyevə dərhal çatdırılmayacaq.

Pentaqonun məlumatında deyilir ki, söhbət CyberLux K8, Switchblade 600, Altius-600 və Jump 20 dronlarından, habelə dronlara qarşı mübarizə avadanlığından, radioelektron mübarizə vasitələrindən, habelə Ukraynanın hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsindən gedir.

Paketə həmçinin 155 mm çaplı artilleriya qurğuları üçün sursat, minaların aşkarlanması və təmizlənməsi sistemləri, rabitənin mühafizəsi vasitələri daxildir.

Pentaqonun fevralın 24-də açıqlanmış bəyanatında deyilir:

“Düz bir il əvvəl buğun Rusiya özünün dinc və demokratik qonşusu Ukraynaya qarşı əsassız və səbəbsiz tammiqyaslı müdaxiləyə başlayıb. Bu bir ildə Birləşmiş Ştatların və Ukraynanın təcili köməyinə gəlmiş daha 50 ölkənin qətiyyəti yalnız güclənib”.

Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan indiyədək ABŞ Kiyevə ümumilikdə 32 milyard dollarlıq təhlükəsizlik yardımı göstərib.

ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) fevralın 24-də verdiyi ayrıca bəyanatda deyib ki, Rusiya qoşunlarını öz ərazilərindən vura çıxara bilməsi üçün Ukraynaya yardım və dəstək səngiməyəcək:

“Rusiya özünün dinc və demokratik qonşusu Ukraynaya əsassız və səbəbsiz müdaxilə edib. Onun bu qəddar müharibə seçimi minlərlə günahsız ukraynalının ölümü, milyonlarla insanın öz evlərindən didərgin düşməsi, yaralanması və sarsıntı keçirməsi ilə nəticələnib, BMT üzvü olan bir ölkəyə faciə və terror gətirib”.

Pentaqon rəhbəri daha sonra əlavə edib:

“Putin elə bilirdi ki, Ukraynanın müdafiəsi çökəcək, Amerikanın qətiyyəti pozulacaq və dünya üzünü yan tutacaq. O səhv edib. Ötən bir il ərazində nə Ukraynanın mərd müdafiəçilərinin qətiyyəti, nə də bizim onlara lazım gəldiyi qədər dəstək vermək əzmimiz sarsılmayıb”.

Fevralın 24-də Ağ Ev habelə Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalar elan edib.

Bu sanksiyalar 200-dən çox fiziki və hüquqi şəxsi hədəfləyir. Bu siyahıya yalnız Rusiya deyil, habelə Moskvaya dəstək verən üçüncü ölkələrin nümayəndələri də daxildir.

Ağ Ev bildirib ki, fevralın 24-də “Böyük yeddilər”in (G7 qrupu) iclası keçiriləcək.

Bu iclasda Rusiyanın müharibəyə görə məsuliyyətə cəlb edilməsi məqsədilə yeni iqtisadi öhdəliklərin elan olunması müzakirə ediləcək.

Bu görüşdə həm də indiyədək qoyulmuş sanksiyalara əməl olunmasının vəziyyətinə baxılacaq.

24 saat” “
ABŞ Ukraynaya daha 2 milyard dollarlıq hərbi yardım elan edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button