2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Ukraynaya qoşun göndərməyəcək – Dövlət Departamenti

Çərşənbə axşamı Birləşmiş Ştatlar Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyi haqqında bəyanatına cavab olaraq öz qoşunlarının Ukraynaya göndərilməsini istisna edib. 

“Prezident Bayden hələ iki il əvvəl açıq şəkildə bildirib ki, Amerika əsgərlərini döyüşmək üçün Ukraynaya göndərməyəcək”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın sualına cavabda bildirib.

Makron bazar ertəsi Parisdə 27 Aİ ölkəsinin nümayəndələri ilə görüşdə qoşun göndərilə biləcəyini bildirib. Lakin bir çox Avropa liderləri, o cümlədən Böyük Britaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Macarıstan və digər ölkələrin nümayəndələri bu ideyadan uzaq dayanıblar.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-a gəlincə, Millerin sözlərinə görə, Kiyevə hərbi yardım göstərilməsinin Konqres tərəfindən təsdiq edilməsi “qələbəyə gedən yoldur”. NATO baş katibi Stoltenberq də Ukraynaya qoşun göndərməyin mümkün olmadığını bildirib.

Bayden administrasiyası və respublikaçıların liderləri arasında Ukrayna və sərhədlərin təhlükəsizliyi ilə bağlı dərin fikir ayrılıqları Baydenin Konqresin dörd lideri ilə dünənki görüşündə təsdiq edilib.

Görüş protokoluna əsasən, Bayden “Konqresin hərəkətsizliyi ilə əlaqədar Ukraynanın son həftələr ərzində döyüş meydanında mövqelərini itirməsini və silah-sursatını normaya salmaq məcburiyyətində olmasını müzakirə edib”. O, “Senatın daha əvvəl təsdiq etdiyi sənədin qəbul edilməsinin vacibliyini vurğulayıb”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button