Bizim tərcümə

ABŞ və Filippindən olan 17,000-dən çox şəxsi heyətlə hərbi təlim

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-11 14:44:59

class=”medianet-inline-adv”>

ABŞ və Filippin də Çinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimini başa vurduqdan sonra Cənubi Çin dənizi və Tayvan boğazı ətrafında indiyə qədərki ən böyük birgə təlimə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Filippin və ABŞ tərəfindən edilən açıqlamada, illik “Balikatan” təliminin Hind-Sakit Okean bölgəsində sülh və sabitliyə bağlılıqlarını nümayiş etdirdiyi bildirilib.

İki həftəlik təlimlərdə 12200-ü ABŞ əsgəri olmaqla 17600 əsgər iştirak edəcək. Avstraliya kimi qonşu ölkələrin də qatılacağı təlimdə ABŞ döyüş gəmiləri, döyüş təyyarələri, HIMARS çoxsaylı reaktiv yaylım atəş sistemləri və Javelin tank əleyhinə raket sistemlərindən istifadə olunacaq.

ABŞ və Filippin hərbçiləri Cənubi Çin dənizində hərbi gəminin vurulması üçün təlimlər də keçirəcək.

class=”medianet-inline-adv”>

Təlimin Çinin reaksiyasını çəkəcəyi gözlənilsə də, hər iki ölkə rəsmiləri tərəfindən əvvəlki açıqlamalarda bu təlimlərin Tayvandakı hadisələrə cavab olaraq başa düşülməməsi lazım olduğu bildirilib.

Çin ordusundan dünən verilən açıqlamada, Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ səfərlərindən sonra Tayvan ətrafında həyata keçirilən 3 günlük təlimin sona çatdığı bildirilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button