2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ və Fransa Azərbaycanda müharibədən sonrakı reallıqları qəbul etmir, Rusiya isə qəbul edir – İlham Əliyev

Bakı Avropa Şurası Parlament Assambleyasının alman deputatların təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətini  səs hüququndan məhrum etməsinə qəzəblənib. Bu qərar alman deputat, kansler Şoltsun partiyasının üzvünün təşəbbüsü ilə qəbul edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev çərşənbə günü bir qrup alman biznesmeni qəbul edərkən bildirib.

“Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir”, deyə Əliyev qəzəbini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”, deyə Əliyev qeyd edib.

Daha sonra o, Almaniya KİV-lərində Azzərbaycanın guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim olunmasına qəzəblənib.

“Bu, tamamilə yalandır”, deyən Əliyev Azərbaycanda işləyən Almaniya səfirinin Azərbaycandakı proseslərin şahidi olduğunu qeyd edib.
Daha sonra o, Qərbi Azərbaycan hərbi yolla öz torpaqlarını azad etdikdə Bakıya təzyiq göstərilməsində ittiham edib. Bu zaman o, Fransa və ABŞ-ın adını çəkib.

“Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq”, deyə Əliyev bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button