2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ və Ukraynanın yüksək vəzifəli məmurları Konqresdən Putinə qarşı müharibəni maliyyələşdirməyi tələb edirlər

Vaşinqton/06.12.23/Turan: Çərşənbə axşamı dövlət katibi və müdafiə naziri də daxil olmaqla, Bayden Administrasiyasının yüksək vəzifəli şəxsləri, habelə Ukrayna nümayəndələri Ukraynaya dəstəyin həyata keçirilməsi üçün lobbiçilik məqsədilə Amerika qanunvericilərinin qarşısına çıxıblar, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Bu, Ağ Evin həyəcan təbili çalaraq, Konqresə Ukraynaya silah tədarükü üçün vəsaitin bitdiyini bildirməsindən bir gün sonra baş verib. “Ukrayna çox çətin bir qışa yaxınlaşır, Rusiya insanların evlərində donması üçün Ukraynanın kritik əhəmiyyətə malik infrastrukturuna hücumlara başlayacaq. Bu çətin vaxtda ukraynalıları dəstəkləməliyik”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə bildirib.

“Rusiyaya qarşı mübarizələrində onları dəstəkləməliyik və ümid edirik ki, ABŞ Konqresi də bizimlədir”, deyə Miller bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın Vaşinqtondakı nümayəndə heyətinə prezident Zelenskinin ən yaxın müttəfiqləri – müşavir Andrey Yerma, müdafiə naziri Rustem Umerov və başqaları başçılıq edirlər. Onlar qanunvericilərlə görüşdən sonra Ağ Ev, Pentaqon və Dövlət Departamentində, habelə ən böyük müdafiə şirkətlərində görüşlər keçirəcəklər.

Bu arada, Polşa və Baltika ölkələri kimi bir sıra Avropa ölkələrindən siyasətçilər və məmurlar da qanunvericilərlə görüşmək və Amerikanın Ukraynaya dəstəyinin alternativinin olmadığını vurğulamaq üçün Vaşinqtona gəliblər.

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron da rəsmi şəxslər və qanunvericilərlə görüşmək, Ukraynaya dəstəyin davam etməsinin vacibliyini və Yaxın Şərqdə münaqişəni müzakirə etmək üçün bu gün ABŞ paytaxtına gələcək. 0

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button